MƏXFİLİK SİYASƏTİ
“KIDFI” MMC tərəfindən
Bu Məxfilik Siyasəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxs olan “KIDFI” MMC-nin (bundan sonra “biz”) (1405934651, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5/7, 454) və partynorlarının “KidFi” adlı mobil tətbiqdən (bundan sonra “xidmətlər”) istifadə etdiyiniz zaman istifadəçi məlumatının (bundan sonra “siz”) necə toplanması, istifadəsi və açıqlanması haqqında həyata keçirdiyi prosedur və siyasətlərini izah edir.
Qeydiyyat prosesi zamanı müvafiq yeri işarələməklə siz bu Məxfilik Siyasətinə razılıq vermiş olursunuz.
Sizin təhlükəsizliyiniz və məxfiliyiniz bizim üçün son dərəcə vacib olduğundan, biz məlumatların məxfiliyinin qorunması ilə bağlı Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, № 998-IIIQ Qanununa uyğun olaraq fəaliyyət göstəririk.
Nəzərə alın ki, İstifadəçi Qaydaları bu Məxfilik Siyasətinin ayrılmaz hissəsi hesab olunur və bu sənədlər birlikdə sizinlə bizim aramızda olan münasibətləri tənzimləyir.
Bu Məxfilik Siyasətinə uyğun olaraq məlumatlarınız üçün məsuliyyət daşıyan şəxs (məlumat nəzarətçisi) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxs olan “KIDFI” MMC-dir (1405934651, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5/7, 454).
Biz məlumatlarınızı qeyri-qanuni girişdən, təsadüfən itirilməkdən, icazəsiz dəyişdirilməkdən və üçüncü şəxslərin digər qanunsuz hərəkətlərindən qorumaq üçün bütün zəruri təşkilati və texniki tədbirləri görəcəyik. Bu Məxfilik Siyasətində qeyd olunan hallarda, bizdən başqa bəzi üçüncü şəxslər məlumatlarınıza daxil ola bilər.
Qeyd etmək lazımdır ki, xidmətlərimizi həyata keçirmək üçün biz siz və övlad (lar) ınız haqqında müəyyən məlumatları toplayırıq. Buraya daxildir:
Seçimlərinizi saxlamaq, girişinizi daha rahat etmək, istifadəçi hesabı məlumatlarını yadda saxlamaq, çoxsaylı giriş ehtiyacını azaltmaq, xidmətlərimizi həyata keçirmək və xidmətdən necə və kimlər tərəfindən istifadə edildiyini bilmək məqsədilə siz və/və ya cihaz(lar)ınız haqqında məlumatların toplanması və istifadəsi üçün kukilərdən və oxşar texnologiyalardan istifadə edirik. Cihazınızın parametrlərindən kukiləri deaktiv etmək hüququnuz var, baxmayaraq ki, bu halda xidmətlərimizin bəzi funksiyaları düzgün işləməyə bilər.
Məlumatlarınızı toplamaq, istifadə etmək və açıqlamağımızın əsas səbəbləri aşağıdakılardır:
Məlumatlarınız üçüncü şəxslərlə yalnız bu Məxfilik Siyasətində göstərilən qaydalara uyğun olaraq paylaşılacaq.
Biz xidmətlərimizi idarə etməyə və təkmilləşdirməyə kömək edən partnyorlarımız və xidmət təminatçıları ilə bəzi məlumatlarınızı paylaşırıq. Belə üçüncü şəxslər bizə müştəri xidməti, analitika, ödənişlərin emalı və təhlükəsizlik əməliyyatları da daxil olmaqla bir çox formada dəstək göstərir. Bütün partnyorlarımız və xidmət təminatçılarımız güclü məxfilik tələblərinə razı olmalıdırlar.
Qanuni olaraq zərurət yarandığı halda, müvafiq qanunlara və prosedurlara riayət etmək məqsədilə şirkət auditi kimi səbəblərə görə məlumatlarınızı digər şirkətlərlə də paylaşa bilərik.
Bu Məxfilik Siyasətinin məqsədləri üçün əsaslı surətdə zəruri olarsa, məlumatlarınızı şəxsi heyətimizə, qrupumuzun hər hansı üzvünə, təchizatçılara və ya subpodratçılara açıqlaya bilərik, bir şərtlə ki, onlar sizin məlumatlarınızdan müstəqil şəkildə istifadə etməsinlər və məlumatlarınızı qorumağa razılıq versinlər.
Aktivlərimizin hamısının və ya bir hissəsinin bizim tərəfimizdən satılması, birləşmə, alınma, bölünmə, ayrılma və ya transformasiya hallarında, aktivlərimizi satdığımız hər hansı üçüncü şəxs bu Məxfilik Siyasətindəki qaydalara uyğun olaraq məlumatlarınızı istifadə etməyə davam etmək hüququna malik olacaq.
Məlumatlarınızı necə topladığımız, istifadə etdiyimiz və emal etdiyimizlə bağlı sizin aşağıdakı hüquqlarınız var:
Biz siz və övlad(lar)ınız haqqında məlumatları icazəsiz girişdən, açıqlanmadan, dəyişdirilmədən və ya silinmədən qorumaq üçün tədbirlər görürük. Lakin biz onların təhlükəsizliyinə həmişə zəmanət verə bilmərik. Fiziki, texniki və təşkilati təhlükəsizlik tədbirlərimizi müasir formada saxlamaq üçün məlumat toplama, saxlama və emal prosedurlarımızı davamlı olaraq yoxlayırıq, eyni zamanda potensial zəifliklər və təhlükələrə qarşı sistemlərimizi nəzarət altında saxlayırıq. Hər hansı bir təhlükəsizlik pozuntusundan şübhələnsək və ya müəyyən etsək, xidmətlərimizin hamısından və ya bir hissəsindən istifadənizi dərhal dayandırmaq hüququmuz var.
Hesabınızın və ya məlumatlarınızın təhlükəsizliyinin pozulduğunu düşünürsünüzsə, info@kidfi.co vasitəsilə bizə bildirin.
Biz məlumatlarınızı sistemlərimizdə yalnız sizə xidmətlərimizi təqdim etmək vəzifəmizi yerinə yetirmək məqsədi ilə və ya bu Məxfilik Siyasətində başqa cür müəyyən edildiyi formada saxlayır və istifadə edirik. Məlumatlarınızı konkret məqsədlərə nail olmaq üçün lazım olandan artıq saxlamırıq. Hesabınızı sildiyiniz zaman və ya bir illik fəaliyyətsizlikdən sonra, qanuni tələblərə riayət etmək, qanuni tələblərə əməl etdiyimizi göstərmək, zəruri iddia və ya mübahisəni həll etmək və fırıldaqçılığın qarşısının alınması və istifadəçi təhlükəsizliyinin artırılması kimi qanuni biznes məqsədlərimiz üçün saxlamağa ehtiyac olmadığı halda, biz məlumatlarınızı silirik.
Unutmayın ki, sistemlərimiz yuxarıda qeyd olunan qaydalara əsasən məlumatlarınızı silmək üçün nəzərdə tutulmuş olsa da, texniki məhdudiyyətlər səbəbindən bütün məlumatların müəyyən vaxt ərzində silinəcəyinə zəmanət verə bilmirik.
Valideynlər üçün xidmətlərimiz 18 yaş və ya daha yuxarı olan istifadəçilər üçün nəzərdə tutulub. Biz, valideyn(lər)in tətbiqimizdə övlad(lar)ı əlavə etmə prosesində təqdim etdiyi məlumatlar istisna olmaqla, 18 yaşından kiçik heç kimdən şəxsi məlumatları bilərəkdən toplamırıq. Uşaqların giriş məlumatları autentifikasiya xidmətlərimizdə saxlanılan ayrıca hesabları var.
Övlad(lar)ınızı daha effektiv şəkildə öyrətməyinizə köməklik etmək üçün zəruri gördüyümüz zaman cari Məxfilik Siyasətinə dəyişiklik etmək hüququnu özümüzdə saxlayırıq. Biz sizə hər hansı əhəmiyyətli dəyişikliklər barədə əvvəlcədən məlumat verəcəyik ki, onları vaxtında nəzərdən keçirə biləsiniz.
Bu Məxfilik Siyasəti və ya digər məxfilik məsələləri ilə bağlı hər hansı tövsiyə və ya sualınız olarsa, onları info@kidfi.co vasitəsilə bizə yönləndirə bilərsiniz.
“KIDFI” MMC
1405934651, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5/7, 454
Son yenilənmə: Avqust 2022